Xəbər lenti

Tarixin ən dağıdıcı zəlzələləri: Təbrizdə, Şamaxıda... (VİDEO)
Ölkə14:18 13.11.2017

Tarixin ən dağıdıcı zəlzələləri: Təbrizdə, Şamaxıda... (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün İraq və İranda dağıdıcı zəlzələ baş verib. İraq (Süleymaniyyə) və İranda (Kirmanşah) 7,2 bal gücündə baş verən zəlzələ Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda da hiss edilib. Təbrizdə zəlzələ özünü 4,9 bal, Azərbaycan Respublikasının cənub rayonları olan Lənkəran və Astarada, o cümlədən Naxçıvanda 4 bal gücündə hiss etdirib. Son açıqlamalara görə, İranda zəlzələ nəticəsində ölənlərin sayı 372 nəfərə çatıb, 6 mindən çox yaralı var.
"Qaynarinfo" axar.az-a istinadən insanlıq tarixində indiyə qədər baş verən ən dəhşətli zəlzələlərin siyahısını və görüntülərini təqdim edir.
1. Damqan, İran - 856-cı ilin 22 dekabrında baş verib. Rixter şkalasıyla 8 bal gücündə olan zəlzələ 200 min nəfərin ölümünə səbəb olub.
2. Çixli, Çin - 1290-cı il sentyabrın 27-də 6,8 bal gücündə baş verən zəlzələ 100 mindən çox insanın həyatını itirməsinə səbəb olub.
3. Şamaxı, Azərbaycan - 1667-ci ilin noyabrında baş verib. 6,9 ballıq zəlzələ nəticəsində 80 min insan ölüb.
4. Siciliya, İtaliya - 1693-cü il yanvarın 11-də baş verib. 7,4 ballıq zəlzələ nəticəsində 70 şəhər məhv olub, 60 min insan ölüb.
5. Təbriz, İran - 1721-ci il aprelin 26-da baş verən zəlzələdə qurbanların sayı 250 mindən çox olub.
6. Lissabon, Portuqaliya - 1755-ci il noyabrın 1-də baş verən 9 ballıq zəlzələdə 100 mindən çox insan həyatını itirib.
7. Xaynan, Çin - 1920-ci il dekabrın 16-da baş verən 8,5 ballıq zəlzələdə 200 min insan dünyasını dəyişib.
8. Aşqabad, Türkmənistan - 1948-ci il oktyabrın 6-da baş verən 7,3 ballıq zəlzələ nəticəsində 110 mindən çox insan ölüb.
9. Yunqay, Peru - 1970-ci il mayın 31-də baş verən 8 ballıq zəlzələdə 74 min 194 nəfər həyatını itirib, 25 min 600 nəfər itkin düşüb.
10. Rudbar, İran - 1990-cı il iyunun 21-də baş vermiş zəlzələdə 40 mindən çox insan ölüb, 60 min nəfər yaralanıb.
11. İzmit, Türkiyə - 1999-cı il avqustun 17-də baş verən 7,9 ballıq zəlzələdə 17 min 127 insan ölüb.
Qaynarinfo.Az