
Ötən həftə Pınar Dilek adlı xanımla ailə quran türkiyəli müğənni Tarkan toydan sonra Almaniyada qalıb.
Cütlük səhər yeməyi yeyərkən paparassilər tərəfindən görüntüləniblər. Məkana əl-ələ tutaraq gələn Tarkan və Pınar bir neçə saat orada qalıblar.
Tarkan məkandakı pərəstişkarlarının istəyini yerə salmayıb, onlarla selfi də çəkdirib.(axsam.az)
Qaynarinfo.az

