
Bakının “Tarqovı” kimi tanıdığımız Nizami küçəsində müxtəlif istiqamətləri göstərən yeni dirəklər quraşdırılıb.
Qaynar.info azvision.az-a istinadla xəbər verir ki, dirəklərin üzərində hər bir küçənin adı və həmin küçəyə neçə metr məsafə qaldığı qeyd olunub.
Bundan başqa müxtəlif yerlərdə kiçik məlumat lövhələri də yerləşdirilib. Onların üzərində Fəvvarələr meydanının üstdən görünüşü, xəritəsi öz əskini tapıb.
Qaynar.info












