
Türkiyəli müğənni İbrahim Tatlısəs keçmiş həyat yoldaşı Dərya Tunanın ad günü münasibətiylə sürpriz parti keçirib.
Axşam.az-ın "acunn.com"a istinadən xəbərinə görə, silahlı hücuma məruz qaldıqdan sonra cangüdənsiz gəzməyən ifaçının bu dəfə avtomobili diqqət çəkib. Belə ki, İmperatorun "Tatlısəs kabab evi"ndə keçirilən qonaqlığa gəldiyi avtomobilində silah olduğu görülüb.
Tort kəsildikdən sonra məkanı tərk edən İ.Tatlısəs maşına oturarkən fotokameralara tuş gəlib. Avtomobilin ön oturacağının arxasına yerləşdirilən silah isə açıq-aşkar görünüb.
Qaynar.info

