Dünya 21:30 11.08.2022

Tayvan Çinin təqdim etdiyi "bir ölkə, iki sistem" planını rədd etdi

Tayvan Xarici İşlər Nazirliyi bu həftə dərc etdiyi hesabatda Pekinin irəli sürdüyü "bir ölkə, iki sistem" modelini rədd etdiyini açıqlayıb.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Nazirliyin sözçüsü Joan U Taybeydə keçirdiyi mətbuat konfransında "Yalnız Tayvan xalqı onun gələcəyi ilə bağlı qərar verə bilər",- deyib.

 "Çin, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Taypeyə səfərindən Tayvan xalqını qorxutmaq üçün bəhanə kimi istifadə edir”, - o bildirib.

Qeyd edilir ki, Çin Xalq Respublikasının Dövlət Şurasının İdarəsi və Tayvan İşləri üzrə Dövlət Şurasının İnformasiya İdarəsi dünən - çərşənbə günü "Yeni dövrdə Tayvan məsələsi və Çinlə birləşmə" adlı hesabat dərc edib. Bu hesabat həmçinin Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir.

M.Arif