Dünya 22:32 04.12.2023

Tayvandakı müharibə dünya iqtisadiyyatlna nə qədər ziyan vuracaq?

Tayvandakı hərbi münaqişənin qlobal iqtisadiyyata vuracağı ziyan 2 trilyon dolları keçə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "Financial Times" (FT) nəşrinə yazdığı məqalədə danışıb.

"Tayvan dünyadakı yarımkeçiricilərin 60%-dən çoxunu və ən qabaqcıllarının təxminən 90%-ni istehsal edir. Pekin bu istehsala nəzarət etsə, bu, qlobal iqtisadiyyatı əzəcək, Avropa hökumətləri və firmalarını zəif vəziyyətə salacaq", deyə keçmiş NATO rəhbəri bildiribş
 
NATO-nun keçmiş baş katibi aydınlaşdırıb ki, qlobal dəniz ticarətinin 60%-dən çoxu Cənubi Çin dənizindən keçir və bu regionda hərbi münaqişə qlobal iqtisadiyyat üçün fəlakətli olacaq.

Rasmussenin sözlərinə görə, Avropa İttifaqı liderləri açıq və yekdilliklə bəyan etməlidirlər ki, Çinin Tayvanda mövcud status-kvonu güc yolu ilə dəyişdirmək cəhdi ona böyük baha başa gələcək. O, Tayvana hərbi dəstəyi gücləndirən və eyni zamanda hücum halında adayı müdafiə etməyə hazır olduğunu elan edən ABŞ-ı nümunə kimi göstərib.

Tayvan 1949-cu ildə Çindən ayrılıb. Çinin hazırkı konstitusiyasına görə, ada ölkənin bir hissəsidir. 

Aydın