Xəbər lenti

Teatr direktoru nazirliyin qurumda apardığı yoxlamaya aydınlıq gətirdi
Sənət08:35 22.11.2022

Teatr direktoru nazirliyin qurumda apardığı yoxlamaya aydınlıq gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Mədəniyyət Nazirliyinin qurumda apardığı yoxlamaya aydınlıq gətirib.
Qurumun direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, yoxlamalar nazirin əmri əsasında aparılır:
"Yoxlama 3-4 günə başa çatar, bitsin, ondan sonra geniş məlumat veriləcək. Mənim direktor kimi səlahiyyətim var. Nazirin əmrində yazılıb ki, qanunauyğun olaraq yoxlama keçirilsin. Buyursunlar, aparsınlar”.
 
Qeyd edək ki, bir neçə ay əvvəl isə Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə Lent.az-a, teatrın rejissoru Səidə Haqverdiyeva Qaynarinfo-ya müsahibəsində Mədəniyyət Nazirliyini tənqid ediblər. Onlar Mədəniyyət naziri Anar Kərimovu sözü gedən teatr ocağını saymamaqda, teatra qarşı ögey münasibət bəsləməkdə ittiham ediblər.  
Bahar Rüstəmli