Xəbər lenti

TƏBİB karantin rejimində keçirilən toylar barədə açıqlama verdi
Ölkə14:02 21.08.2020

TƏBİB karantin rejimində keçirilən toylar barədə açıqlama verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkədə karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah  tərəfindən tənzimlənir. Bu qərarlar Baş Nazir tərəfindən, dövlət tərəfindən verilir. Bu qaydalara riayət etmək hər kəsin borcudur. Mən buna sadəcə olaraq həkim kimi münasibət bildirə bilərəm”.
"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ölkədə bəzi şəxslərin toy etməsi barədə sualı cavablandırarkən deyib.
"Başqa tərəfdən, bu proseslərin qiymətləndirilməsi aidiyyatı orqanlar tərəfindən aparılır. Bundan əlavə, aidiyyatı orqanlar reydlər keçirir. Çatışmazlıqlar aradan qaldırılmalıdır. Biz yeni qaydalarla yaşamağa öyrənməliyik”, o bildirib.