Xəbər lenti

“Təfəkkür“ Universiteti ilə bağlı yeni İDDİA
Ölkə06:36 02.07.2014

“Təfəkkür“ Universiteti ilə bağlı yeni İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil Nazirliyi "Təfəkkür" Universitetində yoxlamalara başlamaq niyyətindədir. 

Bunu Aktual.az-a Təhsil Nazirliyindəki etibarlı mənbə deyib.

Mənbə bildirib ki, son günlər mediada yayılan informasiyalar və universitetdəki rüşvət qalmaqalları, eləcə də qanunsuz tələbə köçürmələri ilə bağlı nəzərdə tutulan yoxlamalar barədə qərar ötən həftə qəbul olunub. 

Bunun mediaya açıqlanmasının gizli saxlanılması isə ciddi şəkildə tapşırılıb:

"Əgər universitetdə bu kimi hallar aşkarlanarsa, təbii ki, nazirliyin rəsmi açıqlaması olacaq və hüquq-mühafizə orqanlarına müracət ediləcək".

Mənbə onu da bildirib ki, böyük ehtimalla nazirlik növbəti tədris ilində Universitetə lisenziya verilib-verilməməsinə yenidən baxacaq. Bu da ciddi şübhələr ortaya çıxarır. Bir sözlə, "Təfəkkür"ün gələcək fəaliyyəti sual altındadır. Belə ki, bu özəl ali məktəb də Azərbaycan Beynəlxaq Universitetinin (ABU) taleyini yaşaya bilər. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info