Dünya şəhərlərinin çirklənməsini izləyən "IQ Air" internet saytı Tehranı dünyanın ən çirkli şəhəri elan edib.
Qaynarınfo bu barədə "Iranintl" saytına istinadən xəbər
verir.
Həmçinin İran mediasının məlumatına görə, bazar ertəsi Tehranın çirkliliyi bənövşəyi dərəcədədir və tibb mərkəzləri hazırlıq vəziyyətindədir.
Məlumata görə, Tehran qubernatorunun mülki müavini Abed Maleki havanın çirklənməsi ilə üzləşən və açıq havada olanların Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş maskalardan istifadə etməsinin zəruriliyini vurğulayıb.
Bu hesabata görə, xəstəxanalar və tibb mərkəzləri bazar ertəsi gözləmə rejimində olarkən, həssas qruplar, yaşlılar, ürək, damar, ağciyər və tənəffüs sistemi xəstələri və uşaqlardan hərəkət və açıq fəaliyyətlərdən çəkinmələri istənilib.
Qeyd edilir ki, son dörd ayda Tehranda cəmi iki gün təmiz hava olub.
Aydın