Xəbər lenti

“Tehran rejimi yenə də hiyləgərlik edir” - Ekspert
Siyasət10:07 10.07.2023

“Tehran rejimi yenə də hiyləgərlik edir” - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səfirliyə hücum edənin həbsi iki ölkə arasındakı gərginliyi azaltmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev İran XİN rəhbərinin Bakı səfərindən sonra Azərbaycan XİN şefi Ceyhun Bayramovun Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı istintaqın yekunlaşmaq üzrə olduğunu barədə dediyi sözləri şərh edərkən deyib: 
"Ola bilsin ki, səfirliyimizə hücum edən şəxs cəzalandırılsın. İran bunu da bir jest olaraq qələmə verəcək. Amma əslində buna getsələr də, hələlik ortada olan soyuqluq aradan qalxmayacaq. Bakı səfirliyə hücumun tək bir nəfərin üzərində qurulmasını qəbul etmir, onu  planlaşdırılmış addım kimi dəyərləndirir. Hücum edən şəxs sadəcə alətdir. Hətta onun cəzalandırılması belə Azərbaycan İran münasibətlərində soyuqluğu tam şəkildə aradan qaldırmayacaq. 
Münasibətlərin tam normal məcraya yönəlməsi üçün Tehran Azərbaycanla bağlı mövqeyində səmimi dəyişikliklərə getməlidir. Əks halda, ölkə rəhbərləri, xarici işlər nazirləri görüşsələr də belə, İranın Azərbaycana qarşı ortada olan münasibəti dəyişməyincə, münasibətlərdə gərginlik qalmaqda davam edəcək. Bu mənada səfirliyə hücum edənin həbsi belə, heç nəyi dəyişməyəcək. Çünki o kənardan dəstək və tapşırıqlar alan icraçıdır. Əslində təşkilatçılar İranın hansısa bir qurumudur”. 
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı istintaqın yekunlaşmaq üzrə olduğunu bildirib. O, belə bir açıqlamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Qoşulmama Hərəkatının tədbirində iştirak etmək üçün Bakıya olan səfərindən sonra verib. Hələ səfər öncəsi isə İran XİN-in sözçüsü səfirliyə hücumla bağlı istintaqın gedişində irəliləyiş olduğuna işarə vurmuşdu. 
Rüfət Sultan