Xəbər lenti

Təhsil almaq üçün 2 minə ehtiyacı var
Ölkə11:16 11.07.2013

Təhsil almaq üçün 2 minə ehtiyacı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı gəncə təhsil üçün kömək lazımdır. Dövlət Mədəniyyət və İncəsənət Universtetinin 4-cü kurs tələbəsi Kamran Rüstəmova Moldova oxuması üçün 2000 min manata ehtiyacı var. 

"Qafqazinfo" xəbər verir ki, Kamran Rüstəmovun sözlərinə görə, onun xaricdə birillik təhsil haqqı təxminən 2000 dollara başa gəlir: "Mənə cəmi 2000 dollar lazımdır ki, təhsilimi davam etdirim. Xaricdə 4 il oxuyacam. Geri qalan 3 ilin pulunu orda işləyərək qazanacam. Fərqi yoxdur, hansı yolla olur olsun. Lazım olsa təkər qaraldaram, tikintidə fəhlə işləyərəm. Əsas odur biləcəm ki, təhsilim davam eliyir.

Müraciət ayrı-ayrı fərdi şəxslərə, təşkilat və qurumlara yönəlib. Mənim təhsil xərclərimi ən azından bir il müddətinə qarşılasanız, təhsilimi bitirdikdən sonra ixtisasım üzrə sizə yardımçı olacam.

Bu mənim üçün dönüş nöqtəsidir və çox vacib məsələdir. Mənim oxumam lazımdır. Oxuyub qayıtamağım lazımdır ki, mənimlə birlikdə oxuyub geri qayıdan gənclərlə bu ölkəmizin müsbət mənada dəyişməsi üçün nələrsə edə bilək. Hər halda əlimdə qalan yeganə vasitədən istifadə edərək bu müraciəti hazırladım. Geriyə qalan günlər ərzində mail adresimi gün ərzində ən azı 100 dəfə yoxlayacam. Əgər müsbət bir cavab gəlməsə nə edəcəyimi bilmirəm. Əgər müsbət bir cavab gəlsə, hansı hisslər keçirəcəyimi siz düşünün.

Əlaqə üçün mail adresimi yazıram. Əvvəlcədən təşəkkürlər".

[email protected]