Xəbər lenti

Təhsil naziri postuna Abel Məhərrəmov gətirilir? - BDU-dan iddialara cavab
Ölkə09:27 07.02.2018

Təhsil naziri postuna Abel Məhərrəmov gətirilir? - BDU-dan iddialara cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsinə təyin edilməsindən sonra boş qalan təhsil naziri postuna BDU-nun rektoru Abel Məhərrəmovun gətiriləcəyi iddia edilir.
Qaynarinfo xəbər verir ki, yayılan xəbərdə BDU-nun rektoru Abel Məhərrəmovun artıq öz vəzifə səlahiyyətlərini prorektora həvalə etdiyi, bu həftədən etibarən təhvil-təslim işlərinə başladığı bildirilir.
Yayılan xəbərlərlə bağlı Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova Yenicag.az-a açıqlama verib.
Pərvanə İbrahimova yayılan xəbərləri təkzib edərək, bunların həqiqəti əks etdirmədiyini deyib.
Xatırladaq ki, ötən ilin dekabr ayının 5-dən Təhsil naziri vəzifəsi boşdur.
Qeyd edək ki, Abel Məhərrəmov 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru kimi fəaliyyət göstərir.