Yeni tədris ilinin təşkili ilə bağlı sabah brifinq keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd olunub ki, təhsil naziri Emin Əmrullayevin iştirakı ilə bütün suallara sentyabrın 7-də saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.
14.41
Yeni tədris ilinin başlanmasına bir həftə qalsa da, hələ də ictimaiyyətə qaydalarla bağlı heç bir açıqlama verilməyib. Bu səbəbdən jurnalistlər müxtəlif mənbələrdən əldə etdikləri informasiyaları yayır. Təhsil Nazirliyi isə öz növbəsində həmin informasiyaları yalnız təkzib etməklə kifayətlənir.
Qaynarinfo xəbər verir ki, qurumun Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov bir qədər əvvəl sosial şəbəkələrdə təhsil naziri Emin Əmrullayevin sabah suallara cavab verəcəyini bildirib.
Qeyd edək ki, sabahkı tədbirin də hansı formatda keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməyib.