Xəbər lenti

Təhsil nazirindən sərt açıqlamalar
Ölkə18:51 27.06.2013

Təhsil nazirindən sərt açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda orta məktəblərə vakant müəllim yerlərinin siyahısı iyulun 1-dən Təhsil Nazirliyinin saytında yerləşdiriləcək.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov mətbuata müsahibəsində deyib ki, buna uyğun olaraq müəllim işləmək istəyənlər nazirliyə onlayn müraciət edə bilərlər.

M.Cabbarov qeyd edib ki, sentyabrın 15-dək 6 yaşı tamam olmayan uşaqlar müraciət etdiyi məktəbdə müsabiqəyə buraxılacaq. Onun sözlərinə görə, uşağın I sinfə qəbulu onun səviyyəsindən və müsabiqədə göstərdiyi nəticədən asılı olacaq.

Digər vacib məsələdən danışan təhsil naziri vurğulayıb ki, Azərbaycanın orta məktəblərində qeyri-qanuni vəsait yığımı, ümumiyyətlə neqativ hallara qarşı təşkilatı tədbirlər görülüb: “Bundan sonra inzibati və cinayət məsuliyyəti də görüləcək. Nazirlik orta məktəblərdə əsassız pul yığılması hallarına qarşı mübarizə aparacaq”.

Qaynar.info