Xəbər lenti

Təhsil nazirindən Siyavuş Kərimiyə TAPŞIRIQ
Ölkə06:53 05.02.2015

Təhsil nazirindən Siyavuş Kərimiyə TAPŞIRIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil naziri IV Respublika muğam müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmr istedadlı muğam ifaçılarının üzə çıxarılması və onların IV Beynəlxalq Muğam Festivalında iştirakının təmin edilməsi məqsədilə verilib.
Nazirin əmrinə əsasən, IV Respublika muğam müsabiqəsi 2015-ci ilin fevralda Bakı şəhərində keçiriləcək.
Qaliblərin seçilməsi Azərbaycan Milli Konservatoriyasına (rektor Siyavuş Kərimi) və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə (N.Kazımov) həvalə edilib.
İqtisadiyyat şöbəsi təsdiq edilmiş xərclər smetasına uyğun olaraq 2015-ci ilin dövlət büdcəsinin xərclərinin “Təhsil” bölməsində nəzərdə tutulmuş vəsaitdən müvafiq məbləğdə vəsaitin Azərbaycan Milli Konservatoriyasına ayrılmasını təmin edəcək.
Azərbaycan Milli Konservatoriyasının rektoru S.Kərimiyə ayrılmış vəsaitin təsdiq olunmuş xərclər smetasına uyğun olaraq təyinatı üzrə məqsədyönlü şəkildə xərclənməsini və bu barədə hesabatın Nazirliyə təqdim olunmasını təmin etmək tapşırılıb.
IV Respublika muğam müsabiqəsinin Təşkilat Komitəsi:

1.

Firudin Qurbanov

Azərbaycan Respublikası təhsil nazirinin müavini, sədr

2.

Hüseyn Əliyev

Azərbaycan Respublikası təhsilnazirinin  müşaviri, üzv

3.

GültəkinHüseynova 

Elm və ali təhsilşöbəsinin müdiri, üzv

4.

Vasif Məmmədov 

Məktəbdənkənarfəaliyyətin təşkili şöbəsinin müdir əvəzi, üzv

5.

Siyavuş Kərimi 

Azərbaycan Milli Konservatoriyasının rektoru,professor, üzv

6.

Malik Quliyev

Azərbaycan MilliKonservatoriyasının tədris işləri üzrə prorektoru, professor, üzv

7.

Nazim Kazımov

Azərbaycan Milli Konservatoriyasınəzdində Musiqi Kollecinin direktoru, professor, üzv

8.

Yaqut Seyidova

Azərbaycan MilliKonservatoriyasının Xalq çalğı alətləri kafedrasının dosenti, üzv

IV Respublika muğam müsabiqəsinin münsiflər heyəti:

Xanəndə nominasiyası

1.

Siyavuş Kərimi

sədr, xalq artisti,professor

2.

Arif  Babayev

xalq artisti,professor

3.

Əlibaba  Məmmədov

xalq artisti

4.

Aygün  Bayramova

xalq artisti, dosent

5.

Mənsum İbrahimov

xalq artisti,professor

6.

Aqil Məlikov

əməkdar incəsənətxadimi

7.

Nəzakət Teymurova

xalq artisti

İnstrumental muğam ifaçılığı nominasiyası

1.

Siyavuş Kərimi

sədr, xalq artisti,professor

2.

Nazim Kazımov 

əməkdar incəsənətxadimi, professor

3.

Məmmədağa Kərimov

əməkdar incəsənətxadimi, professor

4.

Malik Quliyev

əməkdar müəllim,professor

5.

Təranə Əliyeva

əməkdər artist, dosent

6.

Şəfiqə Eyvazova

xalq artisti,professor

7.

Elşad Cabbarov

müəllim

Qaynar.info