Xəbər lenti

Təhsil Nazirliyi: "Ev tapşırığı olmayacaq"
Ölkə15:37 21.09.2016

Təhsil Nazirliyi: "Ev tapşırığı olmayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məktəbəhazırlıq qruplarında ev tapşırığı olmayacaq.

Təhsil Nazirliyindən Qaynarinfo.Az-a verilən məlumata görə, 2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq.

Məktəbəhazırlıq qrupları Respublikanın bütün şəhər və rayonlarında təşkil olunacaq. 

Məktəbəhazırlıq qruplarında ibtidai sinif müəllimi ixtisaslı, müəyyən iş təcrübəsinə malik müəllimlər dərs deyəcək. Dərslər həftədə 4 gün (12 saat) olmaqla, gün ərzində 3 məşğələ keçiləcək. Bir məşğələ üçün 30 dəqiqə vaxt ayrılır. Məşğələlərarası fasilə isə 10 dəqiqədir. 

Məktəbəhazırlıq qruplarına car ildə 5 yaşı tamam olmuş uşaqlar qəbul olunur. Qruplarda tədris ödənişli deyil, dövlət hesabınadır. 

Qaynarinfo.Az