Xəbər lenti

Təhsil Nazirliyi valideynləri xəbərdar etdi: “ALDANMAYIN!”
Ölkə18:13 07.08.2015

Təhsil Nazirliyi valideynləri xəbərdar etdi: “ALDANMAYIN!”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Modern.az saytı xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov xaricdə təhsil verən kurslarla bağlı valideyinləri diqqətli olmağa çağırıb.

“Son aylar ərzində müxtəlif televiziya kanallarında xaricdə təhsil almaq üçün reklam olunan proqramlarda vəd edilir ki, həmin xarici universitetlərin diplomları Təhsil Nazirliyi tərəfindən tanlınacaq. Bu vəd sadəcə olaraq tamaşaçını aldatmaq və onu tora salmaqdır”.

C.Valehov vurğulayıb ki, Təhsil Nazirliyi heç bir kanal və ya sahibkarlıq subyekti ilə xaricdə ali təhsil almaq vədlərini bölüşmür və birgə əməkdaşlıq etmir. 

“Əziz valideynlər “işbazlar”ın Təhsil Nazirliyi adından verilən vədlərinə inanaraq övladlarınızı mənşəyi bəlli olmayan xarici ali təhsil müəssisələrinə göndərməyin”.

Qaynar.info