Xəbər lenti

Təhsil Nazirliyindən 8 Mart - XƏBƏRDARLIĞI
15:23 05.03.2015

Təhsil Nazirliyindən 8 Mart - XƏBƏRDARLIĞI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil Nazirliyi 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə məktəblərdə şagirdlərdən pul yığılmasına cəhd halları ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, bayramda pul yığılmasına cəhd hallarının qarşısını almaq məqsədilə Təhsil Nazirliyi müvafiq tədbirlər həyata keçirəcək.

Nazirlikdən həmçinin bu məsələnin Təhsil Nazirliyinin diqqətində olduğu bildirilib:

“Ümumi təhsil müəssisələrində şagirdlərdən bayram münasibətilə hər hansı bir vəsaitin tələb olunması qəti qadağandır. Əgər belə fakt olarsa, Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur”.

Qaynar.info

Oxşar xəbərlər