Xəbər lenti

Təhsil Nazirliyindən özəl universitetlərlə bağlı açıqlama
Ölkə13:30 23.05.2013

Təhsil Nazirliyindən özəl universitetlərlə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Özəl universitetlərdə jurnalistika fakültələri yenidən açıla bilər

Azərbaycan Respublikası Təhsil Nazirliyi özəl universitetlərdə jurnalistika ixtisaslarına tələbə qəbulunun bərpa edilib-edilməməsi məsələsinə aydınlıq gətirib.

Qaynar.info-nun nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, özəl universitetlərdə jurnalistika fakültələri yenidən açıla bilər. 

Amma bunun üçün onların tələb olunan maddi-texniki baza və kadr potensialı olmalıdır: "Gələcəkdə hər hansı ali təhsil müəssisəsində "jurnalistika" ixtisası üzrə müasir tələblərə cavab verən maddi-texniki baza və kadr potensialı yaradıldığı halda bu ixtisas üzrə tələbə qəbulu bərpa oluna bilər".

Qaynar.info