"Təhsil TV”nin direktoru vəzifəsinə təyinat olub.
Qaynarinfo "Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifəyə Bəhruz Nəzərov təyinat alıb.
Əmək fəaliyyətinə media sahəsində başlayan B.Nəzərov müxtəlif illərdə "Space” TV-də, "İnterfaks-Azərbaycan”da, "ATV International”da, "Yurd TV”də müxtəlif vəzifələrdə çalışıb.
O həmçinin Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda "Oil and Industry” jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
B.Nəzərov 2012-ci ildə "Əməkdar jurnalist” fəxri adına, 2025-ci ildə isə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalına layiq görülüb.
Şərhlər