Ölkə 18:26 26.05.2022

“Teknofest"in ilk günündən maraqlı görüntülər

Bu gün Bakıda başlayan "Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının ilk günü maraqlı aviaşoularla yadda qalıb.

"Report” xəbər verir ki, aviaşoular izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan və Türkiyə rəsmiləri festivalın rəsmi açılışını ediblər və sonra ərazidə olan pavilyonlara baxış keçiriblər.

"Report”un fotoqrafının festivaldan hazırladığı fotoreportajı təqdim edirik.

Qeyd edək ki, "Teknofest" Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub.