
İraqın İŞİD işğalında olan Tel Əfar şəhərinin 70%-i azad edilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq xarici işlər nazirliyi məlumat yayıb. Xarici işlər naziri İbrahim Əl cəfəri bildirib ki, şəhərin 70%-i artıb azad edilib, qalan hissəsi isə yaxın dövrlərdə Allahın izni ilə azad ediləcək.
Bir neçə ay əvvəl azad edilən Mosul şəhərinin 60 km qərbində yerləşən Tel Əfar uğrunda mübarizənin artıq 6-cı günüdür və 300 nəfər terrorçunun öldürüldüyü bildirilir.
Qeyd edək ki, şəhər 2014-cü ildən bəri İŞİD terror qrupunun işğalındadır və əməliyyatlar başlayan dövrdə ərazidə təxminən 2000 İŞİD üzvünün olduğu deyilirdi.
***
Son olaraq İraq müdaifə naziri Cəfəri mətbuat konfransında Tel Əfarın azad edilməsi barədə məlumat verib. General Əbdüləmir Yarallah isə açıqlama verərək bildirib ki, bölgədə İraq bayrağı sancılıb.
Gülşən
Qaynarinfo.Az