Xəbər lenti

Teleaparıcının evinə raket düşüb, bir nəfər ölüb (VİDEO)
Dünya13:59 30.05.2022

Teleaparıcının evinə raket düşüb, bir nəfər ölüb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynalı teleaparıcı Lidiya Taran Kiyevdəki evinə Rusiya raketi düşüb və bir nəfəri öldürüb. 
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə teleaparıcı özü məlumat verib.
Lidiya Taran bildirib ki, bu səbəbdən evə qayıtmağa qorxur, ona görə də hələlik qızı ilə birlikdə Fransada qalacaq:
"Təhlükəsizlik ən vacib şeydir. İnsan təhlükəsizlikdə olduğunu hiss etməyincə, geri qayıtmağa dəyməz. Evimdə bir adam raketlə öldürüldü. Ora mənim üçün təhlükəlidir. Uşağımı və özümü orada görmürəm. Hələ evə qayıtmıram".
Lidiya müharibəyə görə Avropaya qaçan ukraynalılarla çoxluq ünsiyyət qurur. O deyir ki, çoxu artıq həqiqətən də evə qayıtmaq istəyir, amma hələlik bunu bacarmırlar.