Xəbər lenti

Tələbələrdən uşaqlar üçün konsert
Ölkə18:16 26.10.2013

Tələbələrdən uşaqlar üçün konsert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt Dövlət Universitetinin təşəbbüsü ilə “Turan” Ailəvi İstirahət Evində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Əlil uşaqların sosial inteqrasiyası” layihəsindən olan əlil uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.

Uşaqlar üçün süfrə açılıb, konsert, əyləncəli oyunlar təşkil edilib. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt təşkilatının könüllüləri, universitetin müəllim və tələbələri iştirak ediblər. Mərasimdə çıxış edən SDU-nun baş müəllimi, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Elmar Xəlilov, iş adamı, “Turan” Ailəvi İstirahət Evinin rəhbəri  Mübariz Quliyev, QAC Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova, SDU-nun tələbə gənclər təşkilatının sədri Aytən Nəciyeva və başqaları bu aksiyaya dəstək göstərən hər bir kəsə minnətdarlıqlarını bildirib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyin vacibliyini qeyd ediblər. Sonda isə Sumqayıt Dövlət Universitetinin tələbələri əlil uşaqlara öz hədiyyələrini təqdim edib, onları sevindiriblər. Qeyd edək ki, tədbirdə 30-dan artıq əlil uşaq iştirak edib.

Qaynar.info