Xəbər lenti

“Telegram” zənglər funksiyasının sınaqlarına başlayıb
Ekonomiks09:04 13.03.2017

“Telegram” zənglər funksiyasının sınaqlarına başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Telegram” messenceri səsli zənglər funksiyasının sınaqlarına başlayıb.

“Ictnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, zənglər “end-to-end” şifrləməsi ilə mühafizə olunur. İstifadəçiyə zəng edə biləcək kontaktlar siyahısını məhdudlaşdırmaq və ya tamamilə qadağan etmək mümkündür.

Məlumata görə, funksiyanı messencerin beta versiyasını quraşdıran bütün istifadəçilər sınaqdan keçirə bilər. Hazırda bunu yalnız təkrar qeydiyyatdan keçməklə xüsusi serverdə etmək olar.

Qaynar.Az