
Qaynar.info-nun məlumatına görə, etirazçıların aksiyasına səbəb rəhbərliyin iş yerlərini ixtisar etməsidir. İşçilər sutka ərzində öz xidməti vəzifələrini yerinə yetirməyəcəklər. Bu da kanalın işlərinin ləngiməsinə səbəb ola bilər.
BBC-nin kadr islahatları xərclərin azaldılması ilə bağlı 5 illik proqram çərçivəsinə aiddir. Ümumilikdə, telekanal 2 min iş yerinin ixtisara salınmasına çalışır. 2004-cü ildən indiyə kimi BBC 7 min işçisini itirib.
Qaynar.info