Xəbər lenti

Tempratur 40-a qalxacaq
Ölkə10:11 13.08.2015

Tempratur 40-a qalxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah ölkənin bəzi yerlərində temperaturun 40˚-yə qədər yüksələcəyi ehtimal olunur. Qaynar.info Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, avqustun 14-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26˚, gündüz 32-37˚, Bakıda gecə 24-26˚, gündüz 35-37˚ isti olacaq.
Avqustun 14-də Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim şərq küləyi əsəcək. 
Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚ isti, dağlarda gecə 15-20˚, gündüz 27-32˚ isti olacaq.
Qaynar.info