Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb. Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sektorun analizini aparır.
Şirkət Bank sektoru ilə bağlı məlumatı təqdim edir.
2015-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 11306 xəbər yerləşdirilib. Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 909 xəbər dərc edilib, televiziya kanallarında isə banklarla əlaqəli 65 xəbər göstərilmişdir. Ümumilikdə iyul ayı ərzində bank sektoru 12280 xəbərlə qarşımıza çıxır.
İyul ayında qəzet və jurnallarda banklar haqqında 909 məlumat dərc edilib. Bu ay haqqında ən çox danışılan banklar isə aşağıdakılardır:
1. Azərbaycan Beynəlxalq Bankı - 224 xəbər 2. Kapital Bank - 124 xəbər 3. Azərbaycan Kredit Bankı - 60 xəbər 4. UniBank - 52 xəbər 5. EuroBank - 48 xəbər
909 xəbərdən 882 xəbər neytral, 27 xəbər isə mənfidir. 625 xəbər nəzarətsiz yəni bank rəsmilərinin iştirakı olmadan, 284-ü isə bankın nəzarəti altında dərc olunan xəbərlərdir. 909 xəbərdən 364-də banklar haqqında qısa məzmun, 89-u sırf bankla əlaqəli, 427-də bir neçə bankın adı bir xəbərdə birlikdə(nizamlı) çəkilmişdir. 748 xəbərdə bankların adı mətndə, 156-da bankların adı başlıqda,5 xəbərdə isə alt başlıqda çəkilmişdir.
İyul ayında televiziyada banklar haqqında 65 neytral xəbər göstərilib: Bu ay haqqında ən çox danışılan banklar:
1. Azərbaycan Beynəlxalq Bankı - 27 xəbər 2. Kapital Bank - 24 xəbər 3. Azərbaycan Kredit Bankı - 7 xəbər 4. Unibank Kommersiya Bankı - 3 xəbər 5. EuroBank - 2 xəbər
Saytlarda isə iyul ayında banklar haqqında 11306 xəbər yer alıb. Bu ay haqqında ən çox danışılan banklar:
1. ABB Azərbaycan Beynəlxalq Bankı - 2845 xəbər 2. Kapital Bank - 1543 xəbər 3. Azərbaycan Kredit Bankı - 849 xəbər 4. UniBank - 592 xəbər 5. EuroBank - 571 xəbər
11306 xəbərdən 11113 xəbər neytral, 193-ü mənfidir.
Mənfi xəbərdə bankın adının qanunsuz əməllərdə hallanmasıdır. 1310 xəbər sırf banklara aid, 2118-də bir xəbərdə bir neçə bankın adının qoşa çəkilməsidir, 7872 xəbərdə banklar haqqında qısa məlumat. 5454 xəbər nəzarətli, 5852- i isə nəzarətsiz xəbərlərdir.