Xəbər lenti

Ötən gecə qalmaqallı "Vulkan" motelində nə baş verib?
Ölkə06:44 21.11.2014

Ötən gecə qalmaqallı "Vulkan" motelində nə baş verib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecə Binəqədi rayonunda yerləşən "Vulkan" motelində baş verən hadisə zamanı qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi məlum olub.

Binəqədi Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1979-cu il təvəllüdlü Şükürova Afaq Rafiq qızının özünü asaraq intihar etdiyi ortaya çıxıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, A.Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub.

Ötən gecə "Vulkan" motelində hadisə baş verən zamanı da A.Şükürova orada əmisi oğlu ilə birlikdə olub. Onun əmisi oğlunun adı açıqlanmır.

Məlumatda bildirilib ki, hadisə zamanı A.Şükürovanın yanında olan əmisi oğlu şübhəli şəxs qismində saxlanılıb. Hazırda onun A.Şükürovanın ölümündə nə dərəcədə iştirak edib-etmədiyi araşdırılır.

Motel kimindir?

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin otel Gəncənin sabiq polis rəisi, hazırda DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi general Rasim Musayevə məxsus “Vulkan” otelidir.

Qeyd edək ki, “Vulkan” otelin adı dəfələrlə priton qalmaqallarında hallanıb.

Qaynar.info