Xəbər lenti

TƏNHA İNSANIN FACİƏSİ
Ölkə11:16 09.04.2013

TƏNHA İNSANIN FACİƏSİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elnaz Eyvazlı

Bayram namazından sonra oruc tutanlarla,yaxınlarla, əzizlərlə bayramlaşmaq adətdəndir. Biz də belə edirik.Namazdan sonra yığışıb kəndə - babamla, nənəmlə bayramlaşmağa gedirik.

Babamın85 yaşı var, nənəmin bilmirəm. Nə vaxt kəndə getsəm, onları qoşagörmüşəm. Yayda ya həyətdə oturarlar, ya da balaca kərpic evlərininqarşısındakı eyvanda. Həyətdə hündür daş evlərinin olmasına baxmayaraq,həyata qoşa addımlamağa başladıqları bu balaca kərpic evdən heç kimçıxara bilmir onları. Bir-birinə qısılıb oturar, gözlərini qapıyadikərlər. Həmişə kimisə gözləyirlər sanki.  

Bizqapıdan girəndə gözləri gülər. Nənəm dil-boğaza qoymaz. Babam çox sakitvə səbirlə bir-iki sual verər, verilən suallara eyni tərzdə “şükürAllaha, şükür,” – deyə cavab verər. Sonra ağız deyəni qulaq eşitməz.Oğul-uşaq, nəvə-nəticə qarışar bir-birinə. Babam yenə susar. Elə heysusar. Gözləri də ancaq yol çəkər. Hərdən də öz-özünə: “Allah ey,” -deyər. Babamın gözlərindən gözlərimi çəkə bilmərəm. O da elə bil hərdənbunu başa düşər, diqqətlə və mənalı-mənalı baxar üzümə, danışmaz.Doluxsunar, baxışlarını üzümdən yayındırar. Kövrələrəm...

Heçkimin heç nəyində ömür boyu gözü olmayan, həmişə əlinin zəhməti,alnının təri ilə ailəsini saxlayan, çörəyini qazanan adam olub babam.Əlləri damar-damardır. Gözləri sulu, dolu, mənalı. Eynək taxmır, həmişədə kitab oxuyur.

Səs-küy artanda  ayağa qalxıbəsyalarını götürər, yavaş-yavaş öz küncünə çəkilər. Heç vaxt da köməkeləməyə qoymaz heç kimi. Zəhmət verməkdən xoşu gəlmir. Gedib görərsənki, təkcə oturub, əllərini cütləyib əsasına, çənəsini də əlinə söykəyibfikrə gedib. Həmişə babamı belə görəndə düşünürəm ki, görəsən, babamniyə şairdən, yazıçıdan olmayıb?! Bu qədər dərin adam, yəni doğrudanmı,ömür boyu bir misra, bir cümlə də olsa yazmayıb?!

...Babamlaəmim üz-üzə oturub. Əmim babama çox oxşayır, görkəmcə. Xasiyyətcə həroğluna bir az pay verib, çoxu, məncə, atama düşüb. Əmim səs-küylü,hay-huyludur. Babamla atam elə deyil. Kənardan qanı qanımdan olan bu ikikişini seyr edirdim. Biri – həyatın hər üzünü görmüş, zəhmətlə, zülmləyeddi uşaq böyüdüb ev-eşik edən, indi gözləri ancaq yol çəkən, düşünənbiri, o biri ali təhsilli, savadlı, zəhmətkeş, iki övladından hələ heçbirini ev-eşik etməmiş, nənəm demiş, yarı yolda qalmış əmim. Əlli yaşıyoxdu əmimin, həyat yoldaşını lənətə gəlmiş xərçəng apardı. Sevdiyini,ömür-gün yoldaşını israrla əlindən almağa çalışan xərçənglə bir ilvuruşdu. Qadın ölüncə xəstəliyini bilmədi. Əmim hamımza tapşırmışdı ki,özünə deməyin. Heç kim də demədi. O da ölüncə ümid elədi ki, sağalacaq.Əmim onun əlində olan sonuncu ümidi ondan almaq istəmədi, son günə qədərbunu qorudu. Əlindən gələni etdi. Hər yerə apardı, çarə olmadı təbii...

İndigözünün yaşı qurumur, əslində, gözünün  yaşı zəhrimar xəstəliyibiləndən ovcunda idi. Həm dərdinə, həm özünün zəhmətinə, həm qadınınınçəkdiyi zülmlərə, həm balalarına, həm də sabahına ağlayır. Deyirlər,torpağın üzü soyuq olur, ölüsünü basdırandan sonra ölü yiyəsi soyuyur.Əmimə baxanda bunu demək olmur ancaq.  

O dabayram namazından sonra Qadını ilə bayramlaşmağa getmişdi. Qayıdıbbizimlə görüşdü, stolun bir başında  da o oturdu. Sümüklü, iri əllərinicütləyib yumruqladı. Yavaş-yavaş bir-birinə döyəclədi. Yaşla dolugözlərini gizlətməyə çalışdı. Bacarmadı. Hönkürüb ağlamağa başladı. Düzgözlərinin içinə baxdım. İlahi! Əmimin gözlərindən tənha insanın faciəsiirişirdi. Murdar-murdar baxıb: bu , mənəm, mənəm bu, - deyirdi, sanki.Əmimsə, hey ağlayırdı. Bu zaman  babamın üzünə baxdım. Birdən-birə belibüküldü elə bil. O da içində ağlayırdı. Oğlundan gözlərini ayırmadan.Bəlkə də, nənəmin varlığına görə oğlundan utanırdı, mənim bu yaşımdayanımda yarım var, sənsə...- deyə. Bilmirəm.

Əmiməbaxıb anladım ki, həyatda qadınsız kişi, kişisiz qadın deyilən birtəbii fəlakət də var. Həyatı boyu tək-tənha, yalnız qalacağını anlayanadam! Yox, əslində ona baxanda nə düşündüklərimi, içimdən keçənsızıltını ifadə etməyə söz tapmıram, tapa bilmirəm. Ancaq əmim, qızına:“Gəl bura bir döşək at, bir az mürgüləyim, bundan sonrakı ömrümübalalarım üçün yaşayacam, onlara həsr edəcəm özümü, mənimki bitdi...”-deyəndə anladım ki, yaxşısı budur buna heç can atmayıb, alınmazbirdən...

Həyətə düşdüm. Babam yenə evininqarşısında əsasına söykənib oturmuşdu. Bu dəfə gözümə daha dərdli, dahaqayğılı dəydi. Gözləri heey yol çəkir, arada doluxsunur, əlinin arxasıilə gözlərinin silirdi...