Xəbər lenti

Ter-Petrosyan Paşinyanı ittiham etdi
Siyasət05:28 12.11.2020

Ter-Petrosyan Paşinyanı ittiham etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi mövcud hakimiyyəti ittiham edib.
Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilir.
"Hakim "Mənim addımım” blokunun parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hakimiyyət bütün erməni xalqına qarşı bağışlanmaz cinayətə gedərək Ermənistanın başına hansı bəla gətirdiyini hələ dərk etməyib. Eyni zamanda, bəyanat hökumətin daxili siyasi böhranın aradan qaldırılması üçün Konstitusiya yolunu qəti şəkildə rədd etdiyini və faktiki olaraq, qarşıdurmanın kəskinləşməsi kursunu götürdüyünü göstərir. Bu, onların guya sadiq olduqları demokratiya və parlamentarizmin kobud ayaqlar altına düşməsindən başqa bir şey deyil”, - bəyanatda qeyd olunur.