
ABŞ-ın Kaliforniya Universitetində tərdən enerji çıxaran bir "batareya" kəşf olunub.
Aktual.az-ın dünya mətbuatına istinadən məlumatına görə tatu şəklindəki "biyopil" təbii laktatla çalışır. Mütəxəssislər bu yolla əldə edilən enerji ilə, nəbz ölçən cihazlar, rəqəmsal saatlar və hətta cib telefonlarını belə doldurmağın mümkün ola biləcəyini iddia edir.
Kalifornia Universitetinin doktoru Şenzao Jia qələbəsini belə ifadə edib: “Bizimki tərlə çalışan ilk cihaz. Belə bir anlayışı sübut etdik”.
Qaynar.info



