Xəbər lenti

Tərk edilmiş körpə yetimxanaya poçtla göndərildi (VİDEO)
Dünya10:10 11.08.2017

Tərk edilmiş körpə yetimxanaya poçtla göndərildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinin Fuşian əyalətində ana yeni doğulmuş körpəni poçtla yetimxanaya göndərib.

"Qaynarinfo" "South China Morning Post"a istinadən xəbər verir ki, plastik paketi aparan poçt işçisi səs eşidib və paketin hərəkət etdiyini görüb. Bağlamada körpənin olduğunu görən kimi polisə müraciət edib.

Kuryer bildirir ki, paketi ona təqdim edən qadın bu barədə ona məlumat verməyib. Hadisədən xəbər tutan polis körpə qızı dərhal xəstəxanaya aparıb. Bildirilir ki, uşağın valideynləri ilə əlaqə saxlanılıb, lakin onlar körpəni geri götürmək barədə hələlik tələb irəli sürməyiblər. 

Qeyd edək ki, hadisəni törədən 24 yaşlı gənc ana həbs edilib və Çin qanunlarına görə o, 5 ilə qədər müddətə həbs edilə bilər.

Gülşən

Qaynarinfo.Az