Xəbər lenti

Tərlan Əhmədov özünə iş tapdı
İdman07:14 30.10.2018

Tərlan Əhmədov özünə iş tapdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, şuranın iclasında qəsəbə komandasının baş məşqçi vəzifəsinə Tərlan Əhmədov təyin olunub.
Sonuncu dəfə "Neftçi”ni çalışdırmış azərbaycanlı mütəxəssislə müqavilə cari mövsümün sonunadək imzalanıb.
Qeyd edək ki, dünən Bakı komandası serbiyalı çalışdırıcı Mladen Milinkoviçlə müqaviləyə xitam verib. "Keşlə” hazırda sondan ikinci pillədədir.