
Türkiyə 56 ölkədə İslam Əməkdaşlıq Təşkilatı toplantısında terrora qarşı güclü əməkdaşlıq üçün mərkəzi İstanbul olmaqla Polis Əməkdaşlıq və Koordinasiya Mərkəzi təklif edilib. Sammit iştirakçıları təklifi təsdiqləyib.
Qaynar.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Ərdoğan, İƏT-in 13-cü Zirvə toplantısının açılışında etdiyi çıxışda üzv ölkələr arasında bir polis birliyi qurulmasını təklif edib.
Ərdoğan bildirib ki, terrora qarşı birgə mübarizə aparmaq lazımdır. Bunun üçün beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət daşıyır.
İƏT üzv olan ölkələr arasında, terrora və digər cinayətlərə qarşı əməkdaşlığı gücləndirəcək bir quruluş yaradılması məqsədəuyğun olacaq.
Qaynar.info