Xəbər lenti

Tərtərdə atan kimlərdir: Yenə kazaklar?.. - Politoloqun şərhi
Siyasət12:31 07.02.2022

Tərtərdə atan kimlərdir: Yenə kazaklar?.. - Politoloqun şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Son zamanlar Rusiya ilə Ukrayna arasında münaqişənin ciddi xarakter almasış, fikrimcə, bu və ya digər dərəcədə Azərbaycanla Ermənistan arasında da yeni münaqişə ehtimalını ciddiləşdirir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin Tərtərin Qapanlı kəndindəki Azərbaycan Ordusunun mövqelərini atəşə tutmasına münasibət bildirərkən deyib: 
"Azərbaycan-Ermənistan sərhədində erməni ordusu ilə aparılan danışıqlar prosesə uyğun olaraq vəziyyətin nəzarətdən çıxmasına şərait yaratmır. Bildiyiniz kimi, İrəvanla Bakı arasında sülh müaqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və demarkasiyası yönündə danışıqlar gedir. Hətta bu prosesdə Rusiya ilə Türkiyə də iştirak edir. Bütün bu amillr sərhəd istiqamətində baş verən insidentlərin qarşısını alır. Amma bunu Rusiya sülhməramlılarının nəzarətində olan və separatçı rejimin hələ ki, mövcud olduğu ərazilərə şamil etmək olmaz”.
Atəşkəsin daha sərhəddə deyil, qanunsuz erməni silahlı dəstələrin mövcud olduğu ərazidən pozulmasını həmsöhbətimiz, sülh prosesinə əngəl olmaq istəyən ermənilərin məhz burada hələ də müəyyən dəstəyə malik olmaları ilə əlaqələndirir: 
"Bakı ilə İrəvan, o cümlədən Ankara ilə İrəvan arasında münasibətlərin yaranmasına əngəl olmaq istəyən qüvvələr var. Onlar isə hər fürsətdən istifadə edib, sözügedən münasibətlərin yaranmasının qarşısını almaq istəyirlər. Lakin həmin qüvvələr bu çirkin əməllərini Ermənistan-Azərbaycan sərhədində təkrar edə bilmirlər. Çünki sərhədin Ermənistana düşən hissəsi bu ölkə ordusunun nəzarətindədir. Qarabağdakı separatçı dəstələr isə müəyyən qədər Ermənistan ordusunun nəzarətindən kənardadır.
Ona görə də öz çirkin niyyətləri üçün hazırki məqamda diqqətlərini Qarabağın nəzarətdən kənarda olan ərazilərinə yönəldib, vəziyyəti məhz bu istiqamətdən mürəkkəbləşdirməyə çalışırlar. Bu qüvvələr Paşinyanın nəzarətindən kənarda olan qüvvələrdir. Onlar "Qarabağ klanı”nın üzvləridir. Məqsədləri də Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinə, sərhədlərin delimitasiya və demarkasiya işinə və sülh müqaviləsinin imzalanmasına maneə olmaqdan ibarətdir”. 
Rüfət Sultan