Xəbər lenti

Tərtərdə evlərə basqın edən maskalı şəxs yaxalandı - FOTOLAR
Ölkə15:10 09.07.2016

Tərtərdə evlərə basqın edən maskalı şəxs yaxalandı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtərin Qaraqoyunlu kəndində evlərə basqın edən maskalı şəxs saxlanılıb. Saxlanılan şəxs elə həmin kəndin sakini, 21 yaşlı Ağacanov Azər Ağacan oğludur.
Tərtər Rayon Polis Şöbəsinin müstəntiqi Tural Əhmədli APA-ya bildirib ki, saxlanılan şəxs artıq əməlini etiraf edib.
Müstəntiqin sözlərinə görə, A.Ağacanovun basqın etdiyi ailələrin hər üçü ailə başçısını itirib.
O, aprelin 20-da qarət məqsədilə kənd sakinləri Maral Əliyeva, Tamella Əliyeva və Nəzakət Məmmədovanın evlərinə girsə də, məqsədinə nail ola bilməyib.
A.Ağacanov cinayət məsuliyyətinə cəlb edilib. Araşdırma davam edir.
Qaynarinfo.az