Xəbər lenti

Yanacaqdoldurma məntəqəsindəki partlayışda yaralananların adları məlum olub (YENİLƏNİB)
Ölkə09:31 29.11.2018

Yanacaqdoldurma məntəqəsindəki partlayışda yaralananların adları məlum olub (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub. 
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.  
Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birin göndərilib. 
***12.45
Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!