
Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində VI turun oyunları keçirilib. Qaynar.info Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə ermənistanlı şahmatçı Levon Aronyanla qarşılaşıb.
Bu görüş təmsilçimiz üçün böyük əhəmiyyət daşıyırdı. Çünki Rəcəbov rəqibini məğlub etdiyi təqdirdə, yarışın liderlərindən birinə çatmaq imkanı əldə edəcəkdi. Lakin Teymur Aronyan məğlub olub.
Digər görüşlərdə isə Pyotr Svidler Maqnus Karlsenlə uduzub. Vladimir Kramnik Vasili İvançukla, Aleksandr Qrişuk isə Boris Gelfandla heç-heçə edib.
Qaynar.info