Xəbər lenti

Təyyarənin vurulmasına ABŞ-dan reaksiya - “Təxribatdır...”
Ölkə08:27 30.01.2015

Təyyarənin vurulmasına ABŞ-dan reaksiya - “Təxribatdır...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Dağlıq Qarabağ bölgəsində təmas xətti boyunca pilotsuz uçuş aparatından istifadə təxribatdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tvitter hesabında yazıb. Dünən Ermənistanın pilotsuz uçan aparatının Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması faktı  ilə bağlı fikirlərini bölüşən həmsədr tərəfləri gərginliyi azaltmağa çağırıb. 

Xatırladaq ki, dünən Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Qaynar.info