
Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, oktyabrın 26-da səhər saat 10-da Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan “Aerobus-320” təyyarəsinin sərnişinlərini Bişkekin Manas Beynəlxalq Aeroportunda ölkəmizin bu ölkədəki səfiri Hidayət Orucov, Qırğızıstanın baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşev, diasporumuzun əməkdaşları və hava limanının rəsmiləri qonaqpərvərliklər qarşıladılar.
Aeroportda təşkil olunan mərasimdə Azərbaycan milli aviaşirkətinin son illərdə böyük inkişaf yolu keçərək neçə-neçə dünya şəhəri arasında bağlantı yaratdığını vurğulayan iştirakçılar, yeni aviareysin açılışının ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcəyini bildirdilər.
Təyyarə həmin gün axşam saat 19.30-da Bakıya qayıtdı.
Qeyd edək ki, Bişkek “Azərbaycan Hava Yolları”nın uçuş coğrafiyasında 38-ci məntəqədir. Uçuşlar Bakı-Bişkek-Bakı istiqamətində həftədə iki dəfə - çərşənbə axşamı və bazar günü həyata keçiriləcək.
Qaynar.info





