Britaniyanın "The Guardian” qəzetinin jurnalisti Şon Uoker nəşr üçün yazdığı məqalədə Ukraynadakı "qlobal qaranlıq" və "sönən nikbinlik"dən danışıb.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, hazırda Kiyevdə incə, lakin şübhəsiz bir ümidsizlik hissi var.
Jurnalist hesab edir ki, bir sıra daxili və xarici amillər birlikdə Ukraynanın Rusiya üzərində "tez və qətiyyətli qələbəsi perspektivləri" ilə bağlı bəlkə də ən bədbin əhval-ruhiyyə yaradıb.
Polşanın Ukraynadakı səfiri kimi 4 illik missiyasını oktyabrda başa vuran Bartoş Çiçokkinin sözlərinə görə, ötən ilin sonu və bu ilin əvvəlində
ölkə böyük eyforiya yaşayıb. "İndi biz eniş görürük", deyən keçmiş səfirin sözlərinə görə, bir müddət bəzi eniş-yoxuşlar olacaq.
"The Guardian” həmçinin qeyd edir ki, Ukrayna ordusunun çoxdan gözlədiyi yay əks-hücum əməliyyatı Rusiyanın keçilməz minalanmış sahələri və istehkamları ilə dəf edilib.
Bundan əlavə, nəşr bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin komandasında gərginlik və onunla Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında anlaşılmazlıqlar haqqında şayiələr var.
Qəzet əlavə edir ki, iki illik döyüşlərdən sonra tükənmə, cəbhədəki itkilər və Qərbin hərbi yardımının yavaş tempindən məyusluq bəzi səslərin sakitcə atəşkəslə bağlı danışıqların mümkünlüyünü düşünməsinə səbəb olub.
Aydın
Şərhlər