Xəbər lenti

Tiflisdə fəlakət: 7 ölü, 10 itkin
Dünya06:47 14.06.2015

Tiflisdə fəlakət: 7 ölü, 10 itkin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda güclü qasırğa fırtına küləyi ilə birgə daşqına səbəb olub. Anspress-in məlumatına görə, bu barədə xəbəri “Qruziya Onlayn” yayıb.
Yerli mətbuat bildirir ki, paytaxt Tiflisin bir çok küçə və meydanları suya qərq olub. Su axını yaşayış evlərinin zirzəmisini və birinci mərtəbələrini tutub.
Tiflis xilasetmə xidmətləri son daşqının qarşısını almaq üçün fövqəladə rejimdə işləyirlər. Gürcüstan baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən son təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xəsarət alanlara kömək məqsədi ilə fövqəladə qərərgah yaradılıb. 
Bir neçə nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Rəsmi təsdiqlənməsə də, 2 nəfərin ölməsi barədə xəbərlər yayılıb.
Bundan əlavə, Tiflis sakinləri daha bir problem yaşayırlar. Şəhərdə suya qərq olmuş zooparkdan qaçan vəhşi heyvanlar gəzir. Onların arasında şir və pələnglər də var.
"Trend"in məlumatına görə isə ölənlərin sayı 7 nəfərə çatıb. Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü bildirib. Onlardan 3-nün qadın olduğu qeyd edilir. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin aşkarlandığını bildirib. Hazırda ölənlərin sayı dəqiqləşdirilir.
Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş hesab edilir.
Qaynar.info