Xəbər lenti

“Tofaş” “Topaz”a girdi – QƏZA
Ölkə11:35 04.07.2014

“Tofaş” “Topaz”a girdi – QƏZA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri Mirzağa Əliyev küçəsi 245-də yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

10 MS 688 dövlət nişanlı “Tofaş” markalı maşın idarəetməni itirərək, yol kənarındakı divara çırpılıb. Nəticədə maşınının ön hissəsi ciddi zədələnib. 

Polislərin hadisə yerinə gəlməsi nəticəsində  maşın ərazidən aparılıb. Hadisə nəticəsində həmin ərazidə yerləşən “Topaz” məntəqəsinin qarşısı tamamilə dağılıb. 

Belə ki, qəza törədən “Tofaş” markalı maşın zərblə məntəqənin qapısına çırpılıb. 

“Topaz” məntəqəsinin sahibləri bildiriblər ki, həmin vaxt xoşbəxtlikdən ərazidə heç kəs olmayıb. 

“Topaz”a kupon yazmağa gələn insanlar isə içəridə olublar. Hazırda qəza ilə bağlı ərazidə yoxlama və araşdırma aparılır.//musavat.com