
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu və REAL Hərəkatının sədri İlqar Məmmədovu bu gün Gəncəyə aparırlar”.
Bu haqda məlumatı vəkil Nemət Kərimli verib. O, bildirdi ki, noyabrın 4-ə kimi , yəni məhkəməyə qədər Tofiq Yaqublu Gəncə İstintaq Təcridxanasında saxlanılacaq: “Əslində İsmayıllı hadisələrinə görə həbs olunanlar Şəki İstintaq Təcridxanasında saxlanılmalıdır. Bu təcridxananın açılmasına baxmayaraq , istifadə olunmur. Mən elə hesab edirəm ki, bunu hakimiyyət işgəncə xarakteri olaraq bilərəkdən edir. Çünki Şəki təcridxanasının şəraiti normaldır. Ancaq Gəncə İstintaq Təcridxanası sovetdən qalma təcridxanadır. Orada məhbus üçün demək olar ki, heç bir şərait yoxdur. Gəncə İstintaq Təcridxanası Avropa standartlarına cavab vermir.”
REAL Hərəkatının sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev də İsmayıllı məhbuslarının bu gün Gəncəyə aparılacağını dedi: “Bu gün 18 nəfər İsmayıllı məhbusu Gəncəyə aparılacaq. Ancaq hansı nəqliyyat vasitəsi ilə aparılcaq onu dəqiq bilmirəm. İlqar Məmmədov , eləcə də digər İsmayıllı məhbusları Gəncə İstintaq Təcridxanasında saxlanılacaq. Onu deyim ki, həmin təcridxana köhnə tikilidir, normalara cavab vermir. Böyük ehtimalla noyabrın 4-ə kimi Gəncədə saxlanılacaqlar. Əgər məhkəmə gününə kimi Şəkyə aparsalar, onda Şəkidə Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılacaqlar. ”