Xəbər lenti

Tofiq Yaqubluya verilən qəzetlər qayçılanır
Ölkə13:00 07.04.2015

Tofiq Yaqubluya verilən qəzetlər qayçılanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası partiya başqanının həbsdə olan müavini Tofiq Yaqublu ilə bağlı bəyanat yayıb. 

Musavat.com daxil olan bəyanatın mətnində deyilir:

"Qondarma “İsmayıllı işi“ adı altında 5 il müddətinə azadlıqdan məhrum edilərək və 2 il 2 aydır qanunsuz həbsdə saxlanılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya qarşı rejimin təzyiqi cəzaçəkmə müəssisəsində də davam etdirilir. Abunə olduğu qəzetlərin Tofiq Yaqubluya verilməsinə qoyulan qanunsuz məhdudiyyətlər indi daha biabırçı şəkildə davam etdirilir. 

Belə ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetləri T.Yaqubluya verilmədən öncə qanunsuz senzuradan keçirlir. Qəzet səhifələrində siyasi mövzulu yazıların əksəriyyəti kəsilir. Qanunsuzluq bununla da bitmir, qayçılanmış qəzetlər ona verilmir. Yalnız CÇM-nin ayırdığı otaqlardan birində qısa vaxt ərzində oxuyaraq otağı tərk etməsinə göstəriş verilir. Abunə olduğu mətbuat nüsxələrinin özündə saxlamasına imkan verilmir.

Azərbaycan qanunları çərçivəsində nəşr edilən bu qəzetlərin T.Yaqubluya verilməməsi kobud qanun pozuntusu olmaqla bərabər, həm də verilən mənəvi işgəncədir.

Azərbaycan hakimiyyətinin T.Yaqublu ilə baglı belə qeyri-humanist davranışı hiddət dogurur.

Müsavat Partiyası tələb edir ki, hakimiyyət özünün qeyri-qanuni hərəkətlərindən əl çəkməli, Tofiq Yaqublunun mətbuatla tanış olmaq və abunə olduğu qəzetləri tam şəkildə əldə etmək hüququnu dərhal təmin etməlidir".

Qaynar.info