Xəbər lenti

Tofiq Zülfüqarov: “İran və Azərbaycan münasibətlərindəki gərginlik azalmayacaq”
Siyasət07:44 26.04.2023

Tofiq Zülfüqarov: “İran və Azərbaycan münasibətlərindəki gərginlik azalmayacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı ilə Tehran arasında qarşıdurma əhval-ruhiyyəsi davam edəcək. Çünki İranda hakimiyyətdə olan radikal qüvvələr hələ də Azərbaycana düşmən gözü ilə baxırlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İran- Azərbaycan münasibətlərində son təmaslardan sonra gərginliyin azalıb-azalmadığını şərh edərkən deyib:
"Amma onlar da başa düşüb ki, indiki mərhələdə Azərbaycana təhdid siyasəti heç bir nəticə verməyəcək. Azərbaycan özünün və tərəfdaşlarının gücünə inanır. İran və Azərbaycan arasında yaşanan gərginlik fonunda iki ölkənin xarici işlər nazirləri arasında müəyyən təmaslar oldu və nəticədə bəzi məsələlərə aydınlıq gətirildi. Artıq İranda Bakının mövqeyini daha yaxşı başa düşürlər. 
İndi tərəflər elə bir hansısa razılıq əsasında gələcək davranışlarını razılaşdırıblar. Razılaşmanın konturları təxminən odur ki, Azərbaycan əvvəlki kimi öz mövqeyində qalır. Bu mövqe də ondan ibarətdir ki, Azərbaycan ərazisi qonşu dövlətlərə təhdid üçün plasdarm olmayacaq. Bakı onu da bildirib ki, onun Ermənistanla münasibətlərinə üçüncü ölkə olaraq İranın müdaxiləsi qəbuledilməzdir”.
Rüfət Sultan