Xəbər lenti

Tokio-2020 başa çatdı: Azərbaycan neçənci oldu?
İdman10:52 05.09.2021

Tokio-2020 başa çatdı: Azərbaycan neçənci oldu?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb.
Qaynarinfo xəbər verir ki, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk "10-luq”da qərarlaşıb.
Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb. Beləliklə, Azərbaycan yarışı 14 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sırada bitirməli olub. Bu nəticə ilə Azərbaycan meydan sahibi Yaponiya, Almaniya, İran, Fransa, İspaniya kimi ölkələri qabaqlaya bilib.
İlk sıranı 207 medal (96-60-51) qazanan Çin tutub. Böyük Britaniya 124 medalla (41-38-45) ikinci, ABŞ 104 medalla (37-36-31) üçüncü olub. Qonşu Rusiya 118 medal qazansa da, yalnız dördüncü ola bilib (36-33-49). Qardaş Türkiyə paralimpiyaçıları 42-ci olub (2-4-9).
Xatırladaq ki, növbəti Paralimpiya Oyunları üç il sonra – 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək.