Xəbər lenti

Tokio-2020-də daha 7 nəfərin testi müsbət çıxıb
İdman08:05 01.09.2021

Tokio-2020-də daha 7 nəfərin testi müsbət çıxıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokio-2020 Yay Paralimpiya Oyunlarında koronavirusa daha 7 nəfər yoluxub.
Qaynarinfo yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, testi müsbət nəticələnən şəxslər arasında idmançı yoxdur. 
İnfeksiya aşkarlananlardan 5-i Tokio-2020-də müqavilə əsasında çalışanlar, biri təşkilat rəsmisi, biri isə könüllü şəxsdir.
Tokio-2020 Paralimpiya oyunları sentyabrın 5-də başa çatacaq.
Səbuhi Həsənov